Qır
Qır - torpağın səthinə tökülən az qatranlı, metanlı və ya metanlı-naftenli neft məhsullarının (bitumlaşmış kütlənin) subaeral (havalı) şəraitdə dəyişilmiş formasıdır. Neftli torpaqların əmələ gəlməsinin genetik xəttinin bütumlaşma qolunun sonuncudan əvvəlki mərhələsini təşkil edir. Bitumlaşmanın bu xəttinə aid olmayan ağır və yüksək qatranlı neftdən və ya maltadan əmələ gələn qır şiddətli turş xassəli olması ilə səciyyələnir. Cavan qırın tərkibində bəzən az miqdarda parafin olur. Müəyyən zaman ərzində torpağın səthinə tökülən neft kütləsi bitumlaşdıqdan sonra aşınmaya məruz qalmaqla qatı yapışqan halından aşağıdakı sxem üzrə kip kövrək hala çevrilir: malta-»asfalt->asfaltenlər-> oksikerit->huminokerit (23). Tarixən qır məvhumu qırlaşmış bituma yox, qırlaşmış süxurlara aid edilmişdir.
Lakin, bu sonralar özünü doğrultmamışdır. Nəhayət son zamanlar qır məvhumu bitum örtüyünün aşınması nəticəsində bərk, lakin kövrək halına keçən qırlaşmış bitum kimi qəbul olunmuşdur.
Torpağın səthinə bir neçə dəfə çoxlu miqdarda tökülərək axan neftin uzun çəkən dövr ərzində yaranmış bitum örtüyünün subaeral şəraitdə qır halına keçməsidir. Qırlaşma neftli torpaqların əmələ gəlməsinin genetik xəttinin qır örtüyünün deqradasiyası, pioner bitkilərlə məskunlaşması mərhələsindən əvvəlki mərhələni əhatə edir ki, bu da Azərbaycanın quru subtropik yarımsəhra iqlim zonasındakı neft mədəni yerlərində geniş müşahidə edilir.